Neftimizin qiyməti 75 dolları ÖTÜB

10:28 25.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,19 ABŞ dolları və ya 1,6% artaraq 75,23 dollar/barel təşkil edib.

Bu barədə hafta.az-a neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,18 dollar və ya 1,62% bahalaşaraq 73,79 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,1 dollar və ya 1,9% artaraq 58,87 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,38 dollar və ya 1,9% bahalaşaraq 73,93 dollar/barel təşkil edib.

Martın 25-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.